Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, yığmamız Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. Matçı Rauf Cabbarov, Mübariz Haşımov, Akif Əmirəli və Rövşən Rəcəbovdan ibarət hakimlər briqadası idarə edəcək.
Görüş saat 19:00-da başlayacaq.
8 iyun
Azərbaycan (U-19) – Belarus (U-19)
