Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunmuş beynəlxalq turnirdə futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belarus yığması ilə qarşılaşan millimiz 2:1 hesabıyla qələbə qazanıb.
Komandamızın qollarını Rəcəb Fərəczadə və Namiq Məmmədkərimov vurub.
