Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Qolları Vitali Borisov və Nahid Mehrəliyev vurub.
