Millimiz Avropa çempionatının final mərhələsində
10.03.2021 , 15:52

Moldovaya səfərdə 5:3 hesabı ilə qalib gələn futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Korner.az xəbər verir ki, aktivində 12 xal olan milli 3-cü qrupun lideridi. Millimiz ən azı ilk iki pilləni təmin edib. Bu isə yığmamıza həlledici raunda yüksəlmək imkanı verir.
Komandamızdan başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin edib.
