Millimiz Avropa çempionatında 22 cüdoçu ilə mübarizə aparacaq
29.08.2023 , 19:35
Azərbaycanın kişilərdən ibarət cüdo millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Açıq çempionatında iştirak edəcək heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, yığmamız yarışa 22 cüdoçu ilə yollanacaq.
Azərbaycan təmsilçiləri 7 çəki dərəcəsinin hamısında çıxış edəcəklər. Komandanın heyətində turnirə əsasən gənc cüdoçular qatılacaqlar. Fəxri kürsüdə Nurlan Kərimli, Murad Muradlı, Murad Əliyev, Eltun İmranov, Şahin Oruczadə (hamısı 60 kq), İslam Rəhimov, Samir Piriyev, Elşən Əsədov, Rüfət Aydınov (hamısı 66 kq), Nəriman Mirzəyev, Qədir Hüseynov, Nahid İsmayılov, Elnur Qasilov, İsa Əliyev (hamısı 73 kq), Məhərrəm İmamverdiyev, Zaməddin Poladov, Nahid Tarquliyev, Məmmədrza Hacızadə, Əli Hacızadə (hamısı 81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli (100 kq) və Toğrul Salmanov (+100 kq) yer almağa çalışacaqlar.
Avropa Açıq çempionatı sentyabrın 16-17-də təşkil olunacaq.