İyulun 17-22-də Polşada keçiriləcək Avropa, avqustun 21-27-də isə Bakıda təşkil olunacaq Dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət sərbəst güləş yığmamızın Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir. Korner.az-ın məlumatına görə, yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçilər Vahid Məmmədovla Sirajdin Eldarovun rəhbərliyi altında hazıırlıq keçən komandaya ümumilikdə 18 idmançı cəlb olunub.
Bundan başqa, qeyd olunan təlim-məşq toplanışında təqvim planına əsasən, ölkə yığma komandası ilə birgə, Dağıstanın Xasavyurt şəhərindən 7 idmançı və 1 məşqçi də iştirak edir.
Avropa birinciliyində iştirak edəcək yığmalarımızın yekun heyəti qarşıdakı günlərdə açıqlanacaq.
