Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma komandamız “Avro-2017″nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Yaşar Vahabzadənin komandası doğma meydanda Almaniya millisi ilə qarşılaşıb.
“Dalğa Arena”da keçiriləcək oyunda millimiz 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, seçmə mərhələnin ilk matçında Farer adalarına 1:0 qalib gələn Azərbaycan yığması ikinci görüşündə evdə Avstriyaya uduzub – 0:2.
8 sentyabr
“Avro-2017″nin seçmə mərhələsi
19:00. Azərbaycan – Almaniya – 0:3
Qollar: Davie Selke, 33 (0:1), Kimmiç, 88 (0:2), Davie Selke, 90+3 (0:3)
Hakimlər: Aleksandr Boukat, Cimi Kremers, Loren Konotte (hamısı Belçika)
Bakı. “Dalğa-Arena”.
