Millimiz Almaniyaya məğlub oldu
16.11.2019 , 18:17

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
Korner.az xəbər verir ki, Vüqar Məmmədin çalışdırdığı kollektiv Almaniya yığması ilə qarşılaşıb.
Oyun yığmamızın məğlubiyyəti ilə bitib – 0:2
Xatırladaq ki, Azərbaycan millisi ilkin seçmə mərhələnin ilk oyununda Yunanıstana 1:6 hesabıyla məğlub olmuşdu.
AÇ-nin ilkin seçmə mərhələsi, IX qrup
16 noyabr
Almaniya – Azərbaycan 2:0
Baş hakim: Denis Şurman (Ukrana).
