Avropanın B liqasında çimərlik futbolu üzrə millimiz çıxış edəcək. Kornez.az– ın məlumatına görə, Almaniyanin paytaxtı Berlində 3 oyun keçirəcək millimiz, ardıcıl Almaniya, Türkiyə, Yunanıstan milli komandaları ilə qarşılaşacaq. Oyunlar 3-5 avqust tarixində baş tutacaq.
Qeyd edək ki, qrupda birinci pilləni tutan komanda A liqasında iştirak etmək hüququ qazanacaq.
