Millimiz Albaniyaya uduzub, sonuncu oldu
29.10.2018 , 19:01

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları davam edir
Millimiz 8-ci qrupda Albaniya ilə qarşılaşıb. Hər iki komanda elit-raunda vəsiqə şanslarını rəsmən itirdiyindən oyun tərəflər üçün formal xarakter daşıyırdı. Yığmamız əvvəlki 2 matçda olduğu kimi meydanı yenə məğlub tərk edib – 0:1.
Qrupun digər oyununda isə Çexiya Norveçə minimal hesabla qalib gəlib.
Qeyd edək ki, Ramin Quliyevin komandası bunadək Norveçə 1:4, Çexiyaya 0:2 hesabı ilə uduzub.
29 oktyabr
17 yaşadək futbolçular arasında Avropa çempionatı
17:00. Albaniya – Azərbaycan – 1:0
Qol: Mario Mitay, 44-pen
17:00. Norveç – Çexiya – 0:1
