Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, yığmamızın rəqibi Albaniya millisi olacaq. B qrupunda yer alan millimiz dünən keçirdiyi ilk oyunda Bosniya və Herseqovinanı 5:4 hesabı ilə məğlub edib. Albanlar isə ilk görüşdə Macarıstana uduzub – 3:4.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.
Qrupun digər oyununda Bosniya və Herseqovina Macarıstanla qarşılaşacaq.
Futzal: AÇ-2018-in seçmə mərhələsi
B qrupu, 2-ci tur
9 aprel
16:00 Bosniya və Herseqovina – Macarıstan
18:30 Azərbaycan – Albaniya
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya)
Bakı idman sarayı.
