FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, oktyabrda baş tutan oyunlardan sonra açıqlanan siyahıda böyük dəyişikliklər olub.
“AVRO 2016”-nın seçmə mərhələsində İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandanız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib. Komandamız indi sıralamada 126-cı yerdədi.
“AVRO 2016”-nın seçmə mərhələsində qrupumuzda yer alan komandaların reytinq sıralamasını təqdim edirik:
11 (13). İtaliya – 1064
14 (19). Xorvatiya – 1002
59 (46). Bolqarıstan – 532
68 (76). Norveç – 481
157 (155). Malta – 129
