Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb
Cədvəldə dünyanın 162 yığması yer alıb.
2018-ci ilin əvvəlində keçirilən yoldaşlıq oyunları son siyahı ilə müqayisədə cüzi dəyişikliklərə səbəb olub. Amma bütün bunlar ilk “10-luq”dan yan keçib.
Dünyanın 10-cu komandası olan Azərbaycan yığmasının da mövqeyi dəyişməyib. Lakin Joze Alesionun yetirmələrinin xal hesabı artıb.
İlk “onluq”
1. Braziliya – 1931
2. İspaniya – 1878
3. Rusiya – 1740
4. Argentina – 1683
5. İran – 1625
6. İtaliya – 1608
7. Portuqaliya – 1600
8. Ukrayna – 1500
9. Qazaxıstan – 1488
10. Azərbaycan – 1454
