Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb.
Korner.az xəbər verir ki, Azərbaycan fevraldakı mövqeyini dəyişməz saxlayıb. Belə ki, komandamız 1366 xalla 13-cü pillədəki yerini qoruyub.
Qeyd edək ki, reytinq siyahısına 1922 xala malik İspaniya başçılıq edir. İkinci yerdə Braziliya (1910), üçüncü pillədə Rusiya (1746) qərarlaşıb.
