Millimiz ərəblərlə bacarmadı
25.03.2019 , 11:40

Bakıda təlim-məşq toplanışında olan 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbər görə, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşma 1:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında martın 22-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.
