Dubay şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qolu Sevinc Cəfərzadə vurub.
Qeyd edək ki, bu komandalar arasında martın 3-də keçirilmiş yoldaşlıq oyunu da millimizin qələbəsi ilə yekunlaşmışdı – 3:2.
