“Neftçi”nin Avroliqada növbəti rəqibi olan “Rubin” futbolçusu Bibars Natxo ilə ilə müqaviləsini 2015-ci ilin yayına kimi uzadacaq.
Korner.az-ın məlumatına görə, Natxonun anlaşması 2013-cü ilin sonuna kimi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Bibars sentyabrın 7-də millisinin heyətində yığmamızla Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən oyunda qol vurub.
