Bir vaxtlar La Liqada "Malyorka" forması altında bombardir olan, daha sonra "Fənərbağça"ya keçən və burada istəniləni verə bilməyən Danyel Quiza yenidən İspaniya klubuna üz tutub.
Korner.az-ın məlumatına görə, İspaniya millisinin də şərəfini qorumuş futbolçu bundan sonra "Real"ın (Betis) klubunun uğurları üçün tər tökəcək.
31 yaşlı forvard Betis təmsilçisinə 1.5 milyon avroya başa gəlib.
