21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində millimizlə qarşlaşacaq Kosovo yığması oyuna itki ilə çıxacaq.
Komandanın müdafiəçisi Arian Kabaşi cəzalı durumda olduğundan Bakıda keçiriləcək matçı buraxacaq.
Qeyd edək ki, Azərbaycan – Kosovo görüşü noyabrın 14-də “Dalğa Arena”da keçiriləcək.
