Bu gecə DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan milli komandası səfərdə Portuqaliya seçməsi ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə indiyə kimi 4 dəfə qarşılaşdığımız rəqiblə oyunlarda yalnız bir dəfə heç-heçə edə bilmişik – 1:1. Digər oyunlarda portuqallar millimizi 7:0, 3:0 və 2:0 hesablı qələbələrlə məğlub edib.
Berti Foqtsun rəhbərlik etdiyi komanda İsraillə matçda götsərdiyi gözəl oyunu Braqda da, sərgiləmək üçün çalışacaq.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu bu axşam, Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.
11 sentyabr
DÇ-2014-ün seçmə mərhələsinin oyunu
00:15. Portuqaliya – Azərbaycan 3:0 (ikinci hissə)
Qol: Varela, 64, Poştiqa, 84, Alveş 88
Hakimlər: Simon Marçiniak, Pavel Sokolniçki, Radoslav Siejka, Robert Malek (hamısı Polşadandır)
AXA Stadium. Braqa
