Ölkə futbolu

Millimizə 20 futbolçu dəvət aldı

28.07.2018 , 00:21

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.

Millimiz iyulun 31-dən avqustun 5-dək hazırlıq keçəcək. Ramin Quliyevin yetirmələri toplanışı Belarusun paytaxtı Minskdə gerçəkləşdirəcək. Yığmamız toplanış çərçivəsində iki yoxlama matçı keçirəcək. Komandamızın rəqibi Belarus millisi olacaq. Avqustun 2-dəki matç Bakı vaxtı ilə 19:00, 4-dəki oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Toplanışda 20 futbolçu iştirak edəcək. Onlar arasında milliləşən yeni futbolçu – ukraynalı Andrey Çekotun da yer alıb: Emil Bayramov (BRV  Sport klub, Ukrayna), Andrey Çekotun (İvan Poddubnı adına Olimpiya Kolleci, Ukrayna), Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı “Keşlə”), Nemət Musayev (“Kəpəz”), Musa Qurbanlı (“Qarabağ”), Vüsal Şabanov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Emil Məmmədov, Fərid Yusifli, Valeh Qəhramanlı (hamısı “Neftçi”), Cavidan Abbaszadə (“Sumqayıt”), Elçın Qasımov (“Turan Tovuz”), Emil Quluzadə (“Vətən”).

Son yazılar

Yuxarı