Millimiz yenə uduzdu
09.06.2021 , 10:25

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində gürcüstanlı həmyaşıdları ilə növbəti yoxlama oyunu keçirib.
Görüş Gürcüstanın 2:1 hesablı qələbəsiylə başa çatıb. Matçda Azərbaycan yığmasının yeganə qolunu 68-ci dəqiqədə Musa Məmmədov vurub.
Bu komandalar arasında iyunun 5-də keçirilən ilk oyunda Azərbaycan millisi 1:2 hesabıyla uduzmuşdu.
