17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində bu gün ilk oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Farer adaları yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.
Yığmamız turnirdə növbəti oyununu avqustun 13-də Türkiyə komandasına qarşı keçirəcək.
