Millidən qələbə
10.08.2022 , 16:50
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında voleybol yarışları davam edir.
Korner.az xəbər verir ki, Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci oyununda Əfqanıstanla qarşılaşıb. Görüş yığmamızın 3:0 (25:4; 25:11; 25:4) hesablı qələbəsiylə başa çatıb..
Millimiz ilk oyunda Seneqalı məğlub etmişdi – 3:0 (25:7; 25:6; 25:10).
Azərbaycanın voleybol millisi avqustun 12-də B qrupunda sonuncu oyununu Kameruna qarşı keçirəcək.