Millidə yeni baş məşqçi
29.12.2020 , 16:47
Monteneqro millisinin yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Miodraq Raduloviç çalışdıracaq.
Bu barədə Monteneqro Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda Faruk Hacibegiçi əvəzləyib.