Milli

Millidən qələbə

08.10.2019 , 17:24

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Korner.az xəbər verir ki, milli komanda Albaniya yığması ilə qarşılaşıb. “Braqa” stadionunda keçirilən görüş Azərbaycan millisinin qələbəsiylə başa çatıb – 1:0.

Millimiz bundan əvvəl keçirdiyi ilk iki oyunda Portuqaliya və Almaniya yığmasına 0:6 hesabıyla uduzub.

Avropa çempionatı, qızlar U-19
8 oktyabr

Albaniya U-19 – Azərbaycan U-19 0:1

Son yazılar

Yuxarı