Millidən qələbə
09.08.2022 , 12:42

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Koya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.
Korner.az xəbər verir ki, A qrupundakı ilk tur matçında rəqib Sudan yığması olub.
Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:0. Pərviz Səmədovun baş məşqçi olduğu komanda ilk setdə 25:13, ikincidə 25:20, üçüncüdə isə 25:22 hesabı ilə üstün olub.
Növbəti görüş avqustun 11-də Kameruna qarşı olacaq.
