Millidən qələbə
23.02.2021 , 20:25

Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrupda sonuncu oyununu keçirib.
Korner.az xəbər verir ki, ASK Arenada Moldova yığması ilə qarşılaşan yığma Aysun Əliyevanın 46-cı dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanıb.
Milli qrup mərhələsini 3 xalla 5 komanda arasında 4-cü yerdə tamamlayıb.
