Millidən qalib gəldi
24.11.2022 , 18:39

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “Neftçi”nin U-17 komandası ilə qarşılaşan yığmamız minimalhesablı qələbə qazanıb.
U-16-nın qolunu qarşılaşmanın 55-ci dəqiqəsində Əli Qurbanov vurub.
