Millidən qələbə
20.11.2022 , 18:57

Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxıb.
Korner.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Skopyedə Şimali Makedoniyanın qonağı olub. Görüş Azərbaycan yığmasının 3:1 hesablı qələbəsiylə başa çatıb.
Azərbaycan millisi ilk sınaq matçında Moldovanı 2:1 hesabıyla məğlub edib.
Yoldaşlıq oyunu
20 noyabr
17:00 Şimali Makedoniya – Azərbaycan – 1:3
Qollar: Enis Bardi, 25 (penalti) – Elvin Cəfərquliyev, 38, Musa Qurbanlı, 65, Ramil Şeydayev, 89
Qırmızı vərəqə: Boban Nikilov, 52
