Millidən məğlubiyyət
21.09.2022 , 20:52
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, millimiz B qrupunda bu gün Bolqarıstanın Albena şəhərində keçirələcək oyunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 1:0.
Qrupun digər görüşndə Türkiyə Lüksemburqla heç-heçə edib – 4:4.
Yığmamız sentyabrın 24-də 2-ci turda Türkiyə ilə qarşılaşacaq.
21 sentyabr
Azərbaycan – Bolqarıstan – 0:1
Qol: Anton Stoyanov, 90+3 pen.
Baş hakim: Joonas Jaanovits (Estoniya)
