Millidən ilk qələbə
26.09.2023 , 23:06

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.
Korner.az xəbər verir ki, komanda ikinci oyununda səfərdə Monteneqro yığmasını 1:0 hesabı ilə üstələyib.
Oyunda yeganə qolu 84-cü dəqiqədə Nazlıcan Parlak vurub.
Qrupda 2 oyuna 4 xal toplayan milli komanda Kiprlə birinci yeri bölüşür.
3-4-cü yerləri müvafiq olaraq Monteneqro (3 xal) və Farer Adaları (0 xal) bölüşür.
