Millidən heç-heçə
26.07.2022 , 23:14

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:2 hesabı ilə başa çatıb.
Millimizin heyətində Murad Məmmədov və Niyazi Osmanov fərqlənib. Bu komandalar arasında növbəti oyun iyulun 29-da keçiriləcək.
