Millidən heç-heçə
18.09.2022 , 11:58

Türkiyənin İstanbul şəhərindəki təlim-məşq toplanışını başa vuran 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində türkiyəli yaşıdları ilə növbəti yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Eda Nur Mutlu fərqlənib.
Komandalar arasındakı ilk matçda Türkiyə 3:0 hesablı qələbə qazanmışdı.
