Millidən böyükhesablı qələbə
30.09.2020 , 11:47

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “Səbail”in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 4:1 hesablı qələbə qazanıb.
Camal Cəfərovun dubl etdiyi oyunda U-19-un digər qollarını Gülağa Əsədov və Kamal Kazımov vurub.
