Millidən böyükhesablı qələbə
10.09.2021 , 17:53

Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün son oyununu keçirib.
Korner.az xəbər verir ki, 5-ci yer uğrunda qarşılaşmada moldovalı həmyaşıdları ilə üz-üzə gələn komandamız 10:5 hesablı qələbə qazanıb.
Əli Mahmudovun het-trik etdiyi matçda Nurlan Məmmədzadə, Xəzər Ağalızadə dubl edib. Digər qolları isə Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə vurub.
