Millidən böyükhesablı qələbə
29.04.2021 , 00:55

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesində sonuncu yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, I Divizion təmsilçisi MOİK-lə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb. U-19-un heyətində Vüsal Əliyev, Gülağa Əsədov, Xəyal Əliyev və Xəyal Səmədov fərqlənib.
