Futbol

“Millidə yüklənmə çox idi” – Rüfət Dadaşov

27.06.2019 , 12:49

Millimizin  hücumçusu Rüfət Dadaşov klubu “Proyssen”ə qoşulub.

Korner.az-ın məlumatına görə, forvard dünən Dortmund “Borussiya”sının II komandası ilə yoxlama görüşündə (2:3) də iştirak edib. 28 yaşlı futbolçu oyunun son 15 dəqiqəsində meydanda olub.

Yığmamızın üzvü özü də hələ hazır olmadığını etiraf edib: “Millinin heyətində son iki görüşdə az oynasam da, yüklənmə çox idi. Biz hər gün iki məşq keçirdik. İstirahətdən sonra özümü yenilənmiş kimi hiss edirəm. Amma əvvəlki formamı bərpa etmək üçün zamana ehtiyacım var. Məşqlər zamanı yükü get-gedə artıracağıq. Bundan sonra hücumda komandama kömək edə biləcəyimə inanıram”.

Son yazılar

Yuxarı