Millidə yeni kapitan
19.11.2018 , 12:25

İspaniya millisini Bosniya və Herseqovina ilə yoldaşlıq oyununda meydana kapitan kimi “Real”ın yarımmüdafiəçisi İsko çıxarıb
26 yaşlı futbolçu karyerası ərzində ilk dəfə yığma komandada kapitanlıq sarğısını qoluna taxıb. Ona qədər isə millinin kapitanı “kral klubu”nun digər üzvü Serxio Ramos idi. Təcrübəli müdafiəçinin adı bugünkü oyunun iştirak ərizəsində olmadığından sarğı İskoya həvalə olunub.
