Millidə yeni baş məşqçi
15.07.2022 , 16:39

Azərbaycanın U-21 milli komandasına yeni baş məşqçi təyin edilib.
Korner.az xəbər verir ki, bu haqda AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar verilib.
Qurumun saytının yaydığı xəbərə görə, Samir Əliyev 1 seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
