Xəbər verdiyimiz kimi, mayın 1-dən 6-a qədər Latviyanın paytaxtı Riqada 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Korner.az-ın məlumatına görə, toplanışa dəvət olunmuş futbolçuların siyahısında 1 dəyişiklik edilib. Coşqun Süleymanov zədəli olduğu üçün onun əvəzinə heyətə «Bakı» klubunun üzvü Rafiq Zamanov dəvət olunub.
