“Millidə mənə verilən mükafatın 15 min manatını geri istədilər”
26.11.2018 , 19:57

Milli komandamızın sabiq üzvü Elhad Nəziri maraqlı fikirlər səsləndirib.
O, futbolçu olduğu dönəmdə aldıqları mükafatdan “otkat” tələb olunduğunu bildirib: “Karyeramı erkən yaşda başa vurmağımın səbəbi genişdir. Milli komandada olarkən mənə verilən mükafatın 15 min manatını geri istədilər. Mən də bir-iki futbolçu ilə məsləhətləşdim və pulu vermədim. Ondan sonra 1-2 kluba deyildi bu barədə. Gördüm ki, mümkün deyil heç nə, mən də futbolla vidalaşdım. Artıq Azərbaycan futbolundan iyrənmişəm”.
O, mükafatı geri qaytarmağını kimlər istədiyi bağlı suala cavab olaraq deyib: “İsraillə oyundan sonra Bakıya qayıtdıq. Bir neçə gün keçdi və mükafatları verdilər. Hamı kimi mən də gedib pulumu aldım. Üstündən 3-4 saat keçdi, zəng edib məndən mükafatın 15 min manatanı geri istədilər. Mən də qaytarmadım. Çünki oradakılar kimi həmin pul mənim də haqqım idi. Orda məndən artıq adam yox idi”.
komanda.az
