İsveç yığmasının kapitanı Zlatan İbrahimoviç milli ilə vidalaşıb.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu bunu Belçika ilə dünənki qarşılaşmadan əvvəl açıqlayıb.
Avropa çempionatının qrup mərhələsində uğursuz çıxış edən isveçlilər son olaraq Belçikaya da (0:1) məğlub olaraq mübarizəni dayandırıblar. Dünənki qarşılaşma isə Zlatanın milli formada son oyunu olub.
Qeyd edək ki, 2001-ci ildən İsveç millisinə çağırılan Zlatan İbrahimoviç 2002 və 2006-cı illərdə dünya, 2004, 2008, 2012 və 2016-cı illərdə isə Avropa çempionatında iştirak edib. Millidə ilk qolunu Azərbaycan yığmasının qapısından keçirən 34 yaşlı forvard ümumilikdə 116 dəfə meydana çıxıb, 62 qola imza atıb.
