Millidə debüt etmədən dünya çempionu oldu
16.07.2018 , 19:15

Fransa millisinin üzvü Alfons Areola yığmanın tarixinə düşüb
25 yaşlı qapıçı millidə debüt etmədən çempionluq sevinci yaşayan ilk fransız futbolçu olub.
Rusiyada keçirilən dünya çempionatında baş məşqçi Didye Deşam PSJ-nin qolkiperinə şans verməyib.
Qeyd edək ki, Fransa yığmasının qapısını bütün oyunlarda “Tottenhem”in qolkiperi Uqo Loris qoruyub.
