Milli komandamız bu gün Çexiya önünə ciddi itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandamızın kapitanı Rəşad Sadıqov zədə səbəbindən Ostrava şəhərində keçiriləcək oyunda forma geyinməyəcək.
Dünən mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki Sadıqovla bağlı qərarını oyun günü açıqlayacağını bildirmişdi. O, Sadıqov oynaya bilməsə, onun yerinə Bədavi Hüseynovun mübarizə aparacağını demişdi.
