Milli Yunanıstana qalib gəldi
02.02.2021 , 23:08

Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.
Korner.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın komandası səfərdə Yunanıstan yığması ilə qarşılaşıb.
Afinadakı Daiss İdman Sarayında keçirilən matç millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Xalı olmayan Yunanıstan isə sonuncudur.
Yığmamız qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub – 1:3.
2 fevral
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
20:00. Yunanıstan – Azərbaycan – 0:3
Qollar: Vassura, 1.04, Eduardo Borqes, 1.38, Ramiz Çovdarov, 25.58
