Milli yoldaşlıq oyunu keçirəcək
04.08.2022 , 16:04

Futzal üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.
Korner.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Bakıda təlim-məşq toplanışında Türkmənistan millisi ilə üz-üzə gələcək.
Oyunlar avqustun 17-də və 19-da Bakı İdman Sarayında keçiriləcək.
