Milli yoldaşlıq görüşü keçirəcək
22.11.2021 , 17:53

Noyabrın 25-dən 27-dək Bakıda, noyabrın 28-dən dekabrın 3-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
Korner.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində noyabrın 30-da və dekabrın 2-də BƏƏ-nin U-16 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Qeyd ki, hazırlıq prosesinə 24 futbolçu dəvət olunsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
