Milli

Milli yoldaşlıq görüşü keçirəcək

22.05.2022 , 12:03

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz hazırlıq prossesi çərçivəsində Küveytin 23 yaşadək futbolçulardan ibarət yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Mayın 26-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Son yazılar

Yuxarı