Milli məğlubiyyətlə başladı
30.01.2020 , 00:56

Bu gün futzal üzrə Azərbaycan millisi elit-raund mərhələsində ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, komandamız Osiek şəhərindəki “Qradski vrt Arena”da Xorvatiya yığması ilə qarşılaşıb. Millimiz bu görüşdən məğlub ayrılıb – 0:2.
DÇ-nin elit-raund mərhələsi
29 yanvar
23:00. Xorvatiya – Azərbaycan – 2:0
Hakimlər: Angelo Qalante, Nikola Manzione, Alessandro Malfer.
Osiek şəhəri. Qradski vrt Arena.
Xorvatiya: 12. Zarko Luketin (q), 20. Zoran Primiç (q), 3. Yosip Jurlina, 10. Tihomir Novak, 11. Yosip Suton, 16. Luka Suton, 8. Duşko Martinaç, 15. Matey Horvat, 9. Luka Periç, 13. Kristian Postrujin, 7. Franko Yelovçiç, 5. Duje Bayruşoviç, 6. Davor Kanjuh, 2. Vedran Matoşeviç.
Baş məşqçi: Mato Stankoviç
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 1. Emin Kürdov (q), 3. Tyaqo Telles Martins “Bolinya”, 10. Oliveyra Da Nascimento “Vassura”, 5. Amir Şocaei, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conathan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshaq Soorqali, 9. Rafael Vilela, 13. Kardoso Everton.
Baş məşqçi: Joze Alesio Da Silva.
